Ruslara məxsus 240 milyon mobil nömrə barədə məlumat internetə sızıb

2023-cü ildə ruslara məxsus 240 milyon mobil nömrə haqqında məlumatlar internetə sızıb. Bu, 290-dan çox sızma halı  nəticəsində baş verib.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” DLBI məlumat sızması xidmətinin araşdırmasına istinadən yazır.

DLBI-nin məlumatına görə, 2023-cü ildə sızmaların sayına görə lider e-ticarət seqmenti olub (40 faiz). Ondan sonra səhiyyə (9 faiz) və istirahət (8,5 faiz) gəlir. Sızdırılan məlumatların həcminə görə birinci yerdə bank sənayesi (sızdırılmış telefon nömrələrinin 47 faizi) və elektron ticarət (sızmış elektron poçt ünvanlarının 38 faizi) olub.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.