Bakının Səbail rayonunda bıçaqlanma olub. Hadisə Sahil bağında qeydə alınıb. 1995-ci il təvəllüdlü Abbaszadə Mürsəl Tahir oğlu naməlum şəraitdə bıçaqlanaraq xəstəxanaya çatdırılıb. Onun üç bıçaq yarası aldığı müəyyən edilib. Hazırda faktı Səbail polisi araşdırır. (APA)