“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Kompaniya, həmçinin 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək.

“The Wall Street Journal” xəbər verir ki, kompaniyanın rəhbəri İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.

Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.

Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder, həmçinin onların birinin təxminən 20 min dollara satışa çıxarılacağını bildirib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.