İran Aİ-dən İsrailə təzyiq göstərməyi tələb etdi

İranın xarici işlər naziri Əli Baqeri Kani Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrellə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

XİN başçısı Borreli İsrailə təzyiq göstərməyə çağırıb.

“Baqeri Kani beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərinə uyğun olaraq Avropa İttifaqının sionist rejimə təzyiq göstərməli olduğunu bildirib, bu rejimin cinayətlərinin davam etməsinin qarşısını almağın zəruriliyini vurğulayıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.