Şamil Basayevlə birgə silahlı hucumda iştirak etmiş şəxs həbs edilib

Rusiya təhlükəsizlik qüvvələri çeçen səhra komandiri Şamil Basayevin 1995-ci ildə Stavropol vilayətinin Budyennovsk şəhərinə silahlı hücumunda iştirak edən dəstə üzvünü saxlayıb.

Azpost.info bildirir ki, bu məlumatı Rusiya İstintaq Komitəsi açıqlayıb.

“Şamil Basayevin başçılıq etdiyi  silahlı dəstənin Budyennovsk şəhərinə və sakinlərinə hücumu ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı Moskva sakini Həmzət Zoyevin bu cinayətlərin törədilməsində iştirakına dair sübutlar əldə edilib”, – deyə idarədən bildirilib.

Rusiya İstintaq Komitəsi bəyan edib ki, saxlanılan şəxs terror, banditizm, girov götürmə və qətldə ittiham olunur. İdarənin məlumatına görə, 1995-ci il iyunun 14-də Zoyev və digər dəstə yaraqlıları Budyennovsk şəhərinin dövlət təşkilatlarına və vətəndaşlarına hücum ediblər. Nəticədə 129 nəfər həlak olub, 317 nəfər yaralanıb, daha 1586 nəfər girov götürülüb.

İstintaq Komitəsi əlavə edib ki, təqsirləndirilən şəxs həbs edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.