30 il əvvəl döyüşdə itkin düşmüş şəhidin qalıqları tapılıb –Lənkərana gətirilir/FOTO

Birinci Qarabağ müharibəsində şəhid olmuş Lənkəran sakinin nəşinin qalıqları tapılıb.
Azpost.info bildirir ki, bu barədə “Bizim Lənkəran” səhifəsində bildirilib.
Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Şəhid Musayev İbad Musarza oğlunun nəşi 30 ildən sonra Beyləqan rayonunun ərazisində müəyyən edilib.
İ.Musayev 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhidimizin nəşi bu gün- may ayının 8-də Şağlaser kəndinə gətiriləcək və kənd qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin. 
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.