30 il əvvəl “Qarabağ”da oynamış futbolçular “İmarət” stadionuna gedib –FOTO

“Qarabağ” komandasının sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən “Qarabağ” haqda sənədli filmin çəkilişində iştirak etmək olub.

Çəkilişin Ağdamdakı hissəsində 1980-ci illərin sonları və 90-cı illərdə “Qarabağ”da çıxış etmiş şəxslər iştirak edib. Onların arasında o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, məşqçi Nazim Mehrəliyev və bir neçə futbolçu olub. Onlar dağılmış “İmarət” stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, bu heyət son dəfə Ağdam stadionunda 1993-cü ilin mayında “Turan”la oyunda iştirak edib.

Əvvəlki məqalə

Azərbaycanlı aktyor Türkiyədə silahlı atışmada öldürülüb

Sonrakı məqalə

“İranla yeni münaqişə ilə üzləşə bilərik” –