“Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” layihəsi üç aydır davam edir

“Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” layihəsinin icrası artıq üçüncü aydır davam edir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirilir. Bu müddət ərzində sağlamlıq imkanları məhdud uşaqlara təlimlər təşkil edilib, həm də onlar ailələrində ziyarət ediliblər.

Layihə rəhbəri Qərənfil Niftəliyeva və uşaq mütəxəssisləri onların problemləri ilə maraqlanıb. Həlli mümkün olan problemlər aradan qaldırılıb, valideyinlər mövcud qaydalar haqqında məlumatlandırılıb. Layihənin başa çatmasına az vaxt qalmasına baxmayaraq layihə uğurla davam edir.

“Sosial Dayaq” İctimai Birliyi gələcək fəaliyyətində də bu mövzuda layihələr həyata keçirməyi zəruri hesab edir.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.