“500 manatlıq “kağız pul” tədavülə buraxılmayıb, xəbər yalandır” –Mərkəzi Bankdan açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı” tədavülə buraxılmayıb, sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə AMB-in yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

AMB vətəndaşları bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarına dair məlumatları AMB-in və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu həftə Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək” –

Sonrakı məqalə

Zinəddin Zidan koronavirusa yoluxub