Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirləri açıqlayıb.
ARDNF-dən verilən məlumata görə, bu ilin yanvar-iyun ayları üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 4 870 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə, “Şahdəniz” yatağından (qaz və kondensat) isə gəlirlərin həcmi 633,256 mln. ABŞ dolları olub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 6 ayında 219,357 mln. ABŞ dolları təşkil edib.