7 ay ərzində Azərbaycan Türkiyəyə 816 milyon dollar dəyərində məhsul idxal edib 

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2.314.467,60 min ABŞ dolları təşkil edib.

Azpost.info Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575.014,25 min dollar və ya 33,06 faiz çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18 faiz təşkil edir. Bu məbləğin 1.498.423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640.817,5 min dollar və ya 74,72 faiz çoxdur. Türkiyənin ixracının Azərbaycanın ümumi ixracdakı payı 12,21 faiz təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyəyə 816.044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.803,26 min dollar və ya 7,46 faiz azdır. Türkiyənin idxalının Azərbaycanın ümumi idxaldakı payı 9,68 faiz təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1.739.453,35 min dollar təşkil edib ki, bunun da 857.605,68 min dolları Azərbaycanın ixracının, 881.847,68 min dolları isə idxalının payına düşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yetmiş yaşlı “Dartanyan” –

Sonrakı məqalə

Sabir Rüstəmxanlı: