Valentina Matvienko Rusiya Federasiya Şurasına rəhbərlik etməyə davam edəcək.
Azpost.info xəbər verir ki, bu barədə qərar Dumanın payız sessiyasının ilk iclasında yekdilliklə qəbul edilib.
İştirak edən 155 senatorun hamısı Matvienkonun dördüncü müddətə yenidən seçilməsinin lehinə çıxış edib. Səsvermənin nəticələri elan edildikdən sonra onlar Matvienkonu ayaq üstə alqışlayıblar.
“Mən qürur duyuram ki, nəticə əldə etməyə çalışan belə peşəkar komanda ilə işləyirəm. Prezident Vladimir Putinə Federasiya Şurasının təşəbbüslərinə və fəaliyyətlərinə verdiyi dəstəyə görə minnətdaram”, – Matvienko deyib.
Matvienko 2011-ci ildən parlamentin yuxarı palatasına rəhbərlik edir. Bütün bu müddət ərzində o, həm də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olub. Əvvəllər o, Sankt-Peterburqun qubernatoru olub. Aprelin 7-də Matvienkonun 75 yaşı tamam oldu, elə həmin gün Putin onu dövlət və xalq qarşısında xüsusi xidmətlərinə görə “Əmək qəhrəmanı” adına layiq gördü. Mükafatlandırma mərasimində Putin qeyd edib ki, Matvienkonun həyatının mənası vətənə sədaqət və onun cəmiyyətinin və vətəndaşlarının rifahı üçün çalışmaqdır.
Azpost.info