8 Noyabr prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı şəhərinin Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu kilometrində (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar dekabrın 15-də saat 08:00-dan dekabrın 19-u saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.

Əvvəlki məqalə

“Böyük əks-hücum elan etdilər, lakin heç nə alınmadı”

Sonrakı məqalə

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub