85 yaşlı müəllimə şagirdlərini zorlamaqda ittiham olunur –MƏHKƏMƏ

Qoca
Qoca

Kanadada  85 yaşlı qadın pedaqoq cinsi təcavüz etmə iddiası ilə məhkəməyə verilib. 

Azpost.info “Insauga” nəşrinə istinadən bildirir ki, Berlinqton şəhərindəki ibtidai məktəbin keçmiş müəllimi Barbara Bakster azyaşlılara qarşı seksual zorakılıqda ittiham olunur.

Polisə 85 yaşlı pedaqoqun keçmiş şagirdi müraciət edib. O bildirib ki, 40 il əvvəl -1982-83-cü illərdə 3-cü sinifdə oxuyarkən müəllimi tərəfindən seksual zorakılığa məruz qalıb.

Altı aydan sonra daha bir zərər çəkmiş şəxs də eyni ittihamla polisə müraciət edib. O deyib ki, şagird olduğu zaman müəllimə ilə cinsi əlaqədə olub.

Məhkəməyə qədər 85 yaşlı pensiyaçı müəllimə ev həbsində qalacaq. Bildirilib ki, qadının yaşının çox olmasına baxmayaraq məhkəmə baş tutacaq. Çünki azyaşlılara qarşı cinsi zorakılıqla bağlı cinayətlərin müddəti yoxdur.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.