Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının şamil olunduğu şəxslərdən birinin 87 yaşı var.
“Qafqazinfo” xəbər verir ki, bu, 1935-ci il təvəllüdlü Şirəliyev Sərhəd Səhhəd oğludur.
O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 5 aprel tarixli hökmü ilə məhkum edilib.
Sərəncamla onun cəzasının çəkilməmiş hissəsi yarıyadək endirilib.