9 ay ərzində 25 quldur dəstəsi, 42 oğru qrupu ifşa olunub - Bakı Polisi açıqlama verdi
Qazanılan uğurlardan arxayınlaşmayan polis ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınmasında üzərinə düşən vəzifələri davam etdirir.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib: “Hesabat dövrü ərzində 74 mənzil oğurluğu törədən 98 nəfərdən ibarət 42 cinayətkar qrup ifşa olunub”.
E.Hacıyev əlavə edib ki, hər bir fakt üzrə polis orqanlarında şübhəli şəxslərin istintaqı, ictimai təhlükəli əməllərin profilaktikası üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilib.
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...