Bakı Forumunda Ermənistan nümayəndəsinin iştirakı təklif olunub

“Biz növbəti dəfə Qlobal Bakı Forumunda Ermənistanın nümayəndəsini görmək istəyərdik”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers bildirib.

Valdis Zatlers növbəti dəfə Qlobal Bakı Forumunda təşkil edilən panellərdə Ermənistan nümayəndəsinin də iştirak edəcəyinə inandığını vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir