“4 milyard dollarıq Rusiya silahları Qarabağda necə peyda olmuşdu?” –Sabiq prezident Viktor Yuşşenko

“Azərbaycanın torpaqlarını azad etdiyi 44 günlük müharibə zamanı Dağlıq Qarabağda məhv edilən, ələ keçirilən texnika, silah və sursatın 4 milyard dollar qiyməti vardı. O texnika və silahların bir qismi hazırda Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?” mövzusunda paneldə Ukraynanın keçmiş Prezidenti (2005-2010) Viktor Yuşşenko bildirib.

Ukraynanın keçmiş Prezidenti (2005-2010-cu illər) Viktor Yuşşenko deyib ki, Rusiya istehsalı olan bu texnika və silahı almaq üçün Ermənistanın, Dağlıq Qarabağdakı qondarma rejiminin vəsaiti olmayıb: “Bəs bu texnika və silahlar necə orada peyda olmuşdu? Cənubi Osetiya və Abxaziyada, o cümlədən bizim ərazilərin bir hissəsində də belə vəziyyət mövcuddur. Bu suallara cavab tapılmalıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir