Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.
**
Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Azpost.info Belarusun rəsmi agentliyi BelTA-ya istinadən bildirir ki, İlham Əliyev Soçi görüşünün yekunları barədə Lukaşenkonu məlumatlandırıb.
İlham Əliyev və Lukaşenko Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında qarşılıqlı münasibətləri müzakirə ediblər.