Ermənistan ordusu Kəlbəcərdə mövqelərimizi intensiv atəşə tutub

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – deyə bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir