“İqtidarla dialoq yoxdur, təmaslar var” –AMİP lideri Etibar Məmmədov

Etibar Məmmədov

 Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov Azpost.infonun suallarını cavablandırıb:

-Etibar bəy, Qarabağ ətrafında bu günkü vəziyyəti necə qiymətləndirirsiniz?

-Qarabağ işğaldan azad edilib. Artıq bölgənin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətindədir. Yəni, 30 ildən sonra torpaqlarımızı işğaldan azad etmişik. İndi qarşıda duran vəzifə məkunlaşdırma məsələsini və bölgənin qalan hissəsinin də problemini həll etmək qalır.

– ABŞ və Fransa israrla problemin yenidən ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə çalışır. Sizcə, Vaşinqton və Parisin Minsk Qrupunu diriltmək cəhdləri nəyə hesablanıb?

– ATƏT-in Minsk Qrupu artıq yoxdur. Ölü quruma çevrilib. Azərbaycan da öz torpaqlarını azad edib, status-kvo dəyişib. ATƏT-in Minsk Qrupu boş şeydir və bizə lazım deyil.

– Hakimiyyətlə siyasi partiyalar arasında gedən dialoq prosesini necə dəyərləndirirsiniz?

-Dialoq yoxdur, təmaslar var. Bu təmaslar davam etməlidir. Çünki atılan addımlar kifayət eləmir.

– AMİP-in sədrliyinə qayıtmaq fikriniz varmı?

-Xeyr, bu gün üçün belə bir məsələ yoxdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir