“İqtidara Müsavatla müzakirə üçün görüş təklif etmişəm” –Arif Hacılı

“Azərbaycanda iqtidarla müxalifət arasında dialoq getdiyi barədə fikirlərlə razı deyiləm”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Arif Hacılı əlavə edib ki, 44 günlük müharibə dövründə Müsavat Partiyası bir sıra təkliflər irəli sürüb və bir sıra məsələlərin müzakirəsində iştirak edib. Onun sözlərinə görə, partiyanın təklifləri həm media vasitəsilə, həm də birbaşa hakimiyyətin diqqətinə çatdırılıb. “Müharibədən sonra isə hər hansi ümumilli məsələ ilə bağlı Müsavatla dialoq aparmaq barədə hakimiyyət tərəfindən müraciət olunmayıb. Əksinə, mən bu yaxınlarda mətbuat vasitəsilə “Siyasi partiyalar haqqında” Qanunun Müsavatla müzakirə olunması üçün  partiya nümayəndələrinin görüşünü təklif etmişəm. Amma hakimiyyət tərəfdən bu müraciətə hər hansı cavab verilməyib”, – deyə Müsavat başqanı bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir