Türkiyə Prezidenti:"Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir"

 

“Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir. Bu bizi sevindirir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya-Ukrayna arasındakı gərginlik diqqətimizdədir. Əlbəttə, dünyadan qopuq siyasi liderlik olmaz. Dünyanı – həm Avropanı, həm də Amerikanı yaxından izləyirik. Həmçinin Liviyada baş verənlər də diqqətimizdədir”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir