Nazir Pərviz Şahbazov Qətərin“Nebras Power” şirkəti ilə əməkdaşlığı müzakirə edib

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin “Nebras Power” şirkəti ilə energetika sektoruna investisiyaların cəlb olunması imkanlarını müzakirə edib.

Nazir tviter səhifəsində paylaşım edib.

“Nebras Power” ilə birgə planlarımız Qətər və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar yaradır”, – paylaşımda deyilir.

P.Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə bu ölkədə səfərdədir. O, burada Qaz İxrac edən Ölkələr Forumu (GECF) Nazirlərinin İclasında iştirak edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir