“Visa” və “Mastercard” sistemləri Rusiyada fəaliyyətini dayandırır

Beynəlxalq ödəniş sistemləri olan “Visa” və “Mastercard” martın 10-dan Rusiyada fəaliyyətini dayandırır.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ödəniş sistemlərinin Rusiya bankları tərəfindən buraxılmış bütün kartları ölkə ərazisində əvvəlki rejimdə işləyəcək, lakin xaricdə işləməyəcək.

Bundan başqa, transsərhəd əməliyyatlar, məsələn, ölkə xaricindəki internet-mağazalardan alış-verişin pulunu ödəmək mümkün olmayacaq. Həmçinin “Visa” və “Mastercard” kartlarından “Apple Pay” və “Google Pay” xidmətlərində istifadə etmək mümkün olmayacaq.

Daha əvvəl Yaponiyanın JCB ödəmə sistemi Rusiyada əməliyyatlarını dayandırdığını bildirib. Məlumatda qeyd olunmuşdu ki, Rusiyanın buraxdığı JCB kartları xaricdə dəstəklənməyəcək, başqa ölkələrdə buraxılanlar isə Rusiyada işləməyəcək. “Nikkey” qəzetinin yazdığına görə, bu tədbirlər martın 14-dən qüvvəyə minəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir