Finlandiya, İsveç, Danimarka rus dilində xəbərlər verəcək

Finlandiyanın “Helsingin Sanomat”, İsveçin “Dagens Nyheter” və Danimarkanın “Politiken” qəzetləri rus dilində xəbərlər dərc etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, xəbərlər Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı olacaq. Nəşrlər hesab edirlər ki, məqsəd, Ukraynadakı müharibə ilə bağlı rus xalqına həqiqətləri çatdırmaqdır: “Rusiya vətəndaşlarının da müstəqil məlumat almaq hüququ olmalıdır.

Hazırda Ukraynada baş verənlər Rusiya təbliğatının təqdim edə bilməyəcəyi bir faciədir. Rus anaları bilməlidirlər ki, oğulları naməlum yerə necə göndərilib, günahsız dinc sakinlər necə öldürülüb və yaralanıb, bir milyon ukraynalı öz ölkəsini tərk etməyə məcbur olub, milyonlarla ukraynalı uşağın həyatı necə məhv edilib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir