Bakı-Gəncə qatarında gedişhaqqı 2 dəfə artırıldı –Sabahdan hərəkət bərpa olunur (QİYMƏTLƏR)

Sabahdan Bakı-Gəncə qatarının hərəkəti bərpa olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, sürət qatarında gedişhaqqı artırılıb.

Bildirilib ki, gedişhaqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

“Gedişhaqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişindaşımada yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır”, – deyə məlumatda qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir