Ərdoğan Putinlə NATO sammitini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə sonu Rusiyanın dövlət başçısı Putinə danışacaq. 

Azpost.info bildirir ki, Ərdoğan bu barədə Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

O deyib ki, Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırır.

“Ola bilsin ki, həftənin sonunda Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin  nəticələrini müzakirə edib dəyərləndirməliyik” -deyə  Türkiyə lideri vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.