Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək.
Bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya “Facebook” səhifəsində yazıb.
D. Araxamiya qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə danışıqların növbəti raundunun 29-30 mart tarixlərində üzbəüz keçiriləcəyini bildirib.