Bir sıra Rusiya KİV-ləri, o cümlədən xarici agent kimi qeydiyyatdan keçən media qurumları Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alıb.
Azpost.info bildirir ki, bununla bağlı “Roskomnadzor” KİV-ə xəbərdarlıq edərək Vladimir Zelenski ilə müsahibəni dərcindən imtina etməyi tələb edib.
“Roskomnadzor Rusiya mediasına bu müsahibəni dərc etməkdən imtina etmələri üçün xəbərdarlıq edir”, – məlumatda deyilir.
O da bildirilir ki, müsahibəni götürmüş media qurumlarının məsuliyyət dərəcəsinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.