İş adamı Roman Abramoviç İstanbula Rusiya prezidenti Vladimir Putinin təyin etdiyi vasitəçi kimi gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, əks halda o, sanksiyalara məruz qalan bütün sahibkarlar kimi Türkiyə ərazisinə daxil ola bilməzdi. “Abramoviç Türkiyəyə danışıqlar aparan komandanın tərkibində gəlib. Təkrar edim, o, Rusiya prezidenti Vladimir Putin tərəfindən danışıqlar aparan şəxs təyin edilib”.
Azpost.info