Rusiya qoşunlarını Kiyev və Çerniqov vilayətlərindən çıxarır –Ukrayna Baş Qərargahı

Rusiya qoşun bölmələrini Kiyev və Çerniqov vilayətlərindən çıxarır.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində yayımlanan operativ məlumatında deyilir.

“Düşmən ayrı-ayrı bölmələrini  Kiyev və Çerniqov vilayətlərindən çıxarır. Həmçinin qüvvələri Slobojanski və Donetsk istiqamətlərində cəmləşdirmək üçün yenidən qruplaşdırır”, – deyə məlumatda deyilir.

Açıqlamada deyilir ki, Rusiya ordusu Polesie istiqamətində  aktiv hücum əməliyyatları keçirməyib.

“Qoşun hissələrinin yenidən qruplaşdırlıması həyata keçirilir. Onların bir qismi Belarus ərazisinə aparılır”, – məlumatda qeyd olunub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.