“Ukraynada müharibə uzun və yorucu olacaq”.
Azpost.info xəbər verir ki, “The Guardian” bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfildə istinadən yazıb. “Biz hesab edirik ki, qüvvələrin Kiyev ətrafında istənilən yerdəyişməsi geri çəkilmə deyil. Bu, yerdəyişmədir və dünya Ukraynanın digər hissələrinə qarşı böyük hücuma hazır olmalıdır”, – Bedinqfild deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti rusiyalı həmkarı ilə yalnız əvvəlcədən müəyyən təminatlar verildiyi halda görüşə bilər: “Biz açıq şəkildə bildirdik ki, ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışığa Ukraynada gərginliyin azaldılması və diplomatiyaya ardıcıl, həqiqi sadiqlik şərti ilə razılaşacaq”.
Azpost.info