“Avropa İttifaqı Putinin qızlarına qarşı sanksiyalara hazırlaşır”-“The Wall Street Journal”

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiya prezidenti Vladimir Putinin iki qızına qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. “Putinin qızları Yekaterina və Mariyaya qarşı sanksiyalar simvolik addımdır. Çünki onların Rusiyadan kənarda əhəmiyyətli aktivlərinin olub-olmaması bəlli deyil”, – nəşr yazır. Sanksiyalar paketi Aİ-nin 27 üzvü tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Vladimir Putin həyat yoldaşı və qızlarının anası Lyudmila Putina ilə 2013-cü ildə boşanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.