Putin və Lukaşenko arasında danışıqlar başa çatıb

Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb.

“Vostoçnıy” kosmodromunda baş tutan görüş üç saata yaxın davam edib. Dövlət başçıları “Vostoçnıy” kosmodromunda gedən tikinti işləri ilə tanış olublar.

Bundan əlavə, onlar “Anqara” buraxılış kompleksinin komanda məntəqəsinin tikinti sahəsinə baş çəkiblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.