“Siemens” şirkəti Rusiya bazarını tərk etdi

Almaniyanın “Siemens” şirkəti Rusiya bazarını tərk edir.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin bu gün dərc olunmuş bəyanatında deyilir.

“Siemens” bildirir ki, Ukraynada müharibə başlayandan sonra şirkət Rusiya və Belarusla bütün yeni əməliyyatları və beynəlxalq tədarükləri dayandırıb.

Şirkətin baş direktoru Roland Buş Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib: “Biz Ukraynadakı müharibəni pisləyirik. Rusiyadakı sənaye fəaliyyətlərimizə son qoymaq üçün nizamlı bir prosesə riayət etmək qərarına gəldik. İşçilərimizə qayğı göstərmək məsuliyyətimizi və mövcud bazarda uzunmüddətli müştəri münasibətlərimizi nəzərə alsaq, bu asan qərar deyildi”.

Ukrayna xalqına humanitar yardım göstərdiklərini deyən şirkət rəhbəri beynəlxalq ictimaiyyətin sülh çağırışlarına qoşulduqlarını bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.