“Gələcəyi Azərbaycanla birlikdə formalaşdırırıq” –Türkiyənin vitse-prezidenti

Hörmətli Prezidentlərimizin ötən il imzaladıqları Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltməklə iradəmizi güclü bir şəkildə ortaya qoyduq. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal dövrünün izlərinin silinməsi, bölgənin bərpasını və yüksəlişin təmin edilməsini əsl vəzifəmiz olaraq görürük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuad Oktay Ankarada 28 May – Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Azərbaycan-Türkiyə qardaşlığını tarixi faktlar və məntiqi mühakimələrlə tərənnüm edən vitse-prezident deyib: “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bir daha bütün dünyaya bəyan edirik ki, biz eyni xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc alaraq gələcəyi birlikdə formalaşdırırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.