Şakira və futbolçu Pike ayrılıb

Məşhur cütlük – “Barselona”nın müdafiəçisi Jerar Pike və müğənni Şakira ayrılıb.

Azpost.info xəbər verir ki, bu barədə “El Periodico” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 45 yaşlı müğənni 35 yaşlı futbolçunun çoxsaylı xəyanətlərini öyrənib: “Pike tez-tez gecə klublarında başqa qadınlarla görüntülənir. Səhər saatlarında “Barselona”da məşq etmək əvəzinə, gecə saat 2-3-ə kimi şənliklərdə olur. Artıq bir neçə həftədir köhnə mənzilində tək yaşayır”.

Futbolçu və müğənni 2011-ci ildən münasibətdədir. Cütlüyün iki övladı var – doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.