“Formula-2”: İlk qalib məlum olub

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin ilk yarışı keçirilib.

Apasport.az saytının məlumatına görə, pilotların sprint mübarizəsi başa çatıb.

50 dəqiqə çəkən yarışın sonunda Frederik Vesti (“Art Grand Prix”) qalib olub.

Yehan Daruvala (“Prema”) ikinci, Liam Louson (“Karlin”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, sabah “Formula-2”də əsas yarış keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.