Ukraynada raketlə vurulmuş ticarət mərkəzində yaralanan və ölənlərin sayı açıqlandı

Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

Azpost. info bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

“Bu dəqiqəyə olan məlumata görə, 20 nəfər yaralı var. Onlardan 9 nəfəri ağır yaralanıb. Artıq 2 nəfərin həlak olduğu təsdiqlənib”-deyə o yazıb.

Timoşenko xilasetmə əməliyyatının davam etdiyini bildirib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.