Ukraynada ticarət mərkəzinin raketlə vurulması nəticəsində 13 nəfər ölüb –40 nəfər itkin düşüb

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

UNİAN-ın xəbərinə görə, hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib.
Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, raket zərbəsindən sonra 40 nəfər itkin düşüb. Bu barədə itkin düşənlərin qohumları müraciət ediblər. Tibbi yardım üçün 59 nəfər müraciət edib. Onların yarıdan çoxu ağır vəziyyətdədir.

Hazırda xilasediclər dağıntılar altında qalan adamları xilas edirlər.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.