“Facebook “Dating” adlı yeni tanışlıq xidmətini istifadəyə verib.
Bu barədə şirkətin yaydığı prress-relizdə deyilir.
Bildirilir ki, hələlik, xidmətdən ABŞ, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində yaşayan 18 yaşı tamam olmuş şəxslər istifadə edə biləcəklər.
Xidmət istifadəçi məlumatlarına əsasən profil sahibinə uyğun maraqlara malik adamı təqdim edir.