Gəncədə şadlıq evində yanğın olub, 100 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində şadlıq saraylarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, ümumi sahəsi 3600 kvadratmetr (hər mərtəbəsi 1800 kvadratmetr) olan ikimərtəbəli şadlıq sarayının dam örtüyü 3 kvadratmetr sahədə yanıb. Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.