“Telegram” səsli mesajları qadağan etmək funksiyasını işə salacaq

“Telegram”da yeni funksiya olacaq.

Azpost.info xəbər verir ki, “Telegram” messencerində səsli mesajların göndərilməsini qadağan edən funksiya işə salınacaq.

Kontaktlara seçmə qaydada audiomesaj göndərməyi qadağan etmək mümkün olacaq. Seçim məxfilik parametrlərində görünəcək.

Hələlik yeni funksiyadan yalnız ödənişli abunəsi olan “Telegram” istifadəçiləri istifadə edə bilər. Onun geniş istifadəçilər üçün nə vaxt əlçatan olacağı məlum deyil.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.