Zelenski Odessa limanına gəldi: "Türk gəmisi yüklənib, siqnal gözləyirik" (FOTOLAR)

Ukrayna prezidenti Vladimir Zelenski Odessa vilayətindəki Çernomorsk limanına gəlib.

Azpost.info xəbər verir ki, limandan Rusiya hərbi əməliyyatı başlayandan bəri ilk dəfə taxıl yüklü gəmilər yola düşəcək.

“Müharibə başlayandan bu yana ilk gəmi yüklənib. Bu türk gəmisidir. Bu, limanın işə başlamasından xəbər verir”, – Ukrayna prezidentinin ofisindən bildiriblər.

Zelenskinin sözlərinə görə, ixrac yüklənmiş, lakin hərbi əməliyyatların başlanması səbəbindən səfərə çıxa bilməyən bir neçə gəminin yola düşməsi ilə başlayacaq: “Ukrayna daşınmalara hazırdır və tərəfdaşlardan – BMT və Türkiyə nümayəndələrindən siqnal gözləyir. Ordumuz təhlükəsizliyə zəmanət verir”.

Ukrayna prezidenti taxıl ixracına yaxın günlərdə start veriləcəyini bildirib. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bunun iyulun 29-da baş verəcəyini demişdi. Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov da öz növbəsində bildirib ki, Çernomorskdan ixraca bu həftə, Odessa və Yujnı limanlarından isə iki həftə ərzində başlanacaq.

Zelenski ilə birlikdə G7 ölkələrinin səfirləri, Türkiyə səfiri, Aİ-nin Ukraynadakı nümayəndəliyi rəhbərinin müavini Remi Duflo və BMT nümayəndələri də limana baş çəkiblər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.