Bu gün Böyük Britaniya hökuməti krallıq ərazisində torpaq və ya daşınmaz əmlaka sahib olan xarici şirkətlərin reyestrini (Register of Overseas Entities) istifadəyə verib.
Azpost.info xəbər verir ki, reyestrin yaradılmasını nəzərdə tutan müvafiq qanun layihəsi üzərində iş 6 il əvvəl başlayıb, lakin Ukraynada hərbi münaqişə başlayandan sonra sürətləndirilib.
Reyestr Böyük Britaniyada çirkli pullarla mübarizə məqsədilə ilə hazırlanıb. Hökumət hesab edir ki, reyestr Ukrayna hadisələri ilə əlaqədar Britaniyanın sanksiyaları altında olan və əvvəllər öz vəsaitlərini krallıqdan çıxaran şəxsləri müəyyən etməyə də kömək edəcək.
Yeni qaydalara əsasən, Böyük Britaniyada torpaq və ya daşınmaz əmlakın sahibi və ya uzunmüddətli icarədarı olan xarici şirkətlər və digər hüquqi şəxslər 31 yanvar 2023-cü il tarixinədək krallığın “Companies House” korporativ reyestrində qeydiyyatdan keçməli və orada onların benefisiarları və ya idarəedici işçilərinin kimlər olduğunu göstərməlidirlər.
Bu, 1 yanvar 1999-cu ildən sonra İngiltərə və Uelsdə və 8 dekabr 2014-cü ildən sonra Şotlandiyada torpaq və ya əmlak almış bütün xarici qurumlara aiddir. Bu ilin 28 fevral tarixindən sonra Böyük Britaniyada torpaq və ya əmlak satmış hüquqi şəxslərdən də alqı-satqı əməliyyatlarının təfərrüatlarını təqdim etmələri tələb olunur.
Biznes üzrə nazir Lord Kallanan hesab edir ki, bu reyestri dərhal işə salmaqla onlar qanunsuz yolla əldə etdikləri sərvətlərini gizlətməyə çalışan cinayətkarları gün işığına çıxarmış olacaqlar.
Azpost.info