“Qarabağ bizim üçün ərazi məsələsi deyil” –Ermənistan Təhlükəsizlik Şurasının katibi

“Qarabağ məsələsinin Ermənistan-Azərbaycan münasibətlərindən ayrılması ideyası fəal şəkildə müzakirə edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Baş nazir Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantı aktiv şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik”, – Qriqoryan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.