TƏBİB Ağdam xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.

Zəhərlənmənin səbəbi araşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.