Bakıda “Yüngül cinayətlər” restoranında ağır hadisə baş verib –Yanğın olub (FOTO)

Bakının Nəsimi rayonunda yerləşən “Yüngül cinayətlər” restoranında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Restoran işçiləri təxliyə olunub. Hadisənin restorandakı kondisionerlərdən birinin elektrik naqilin əriməsi səbəbindən baş verdiyi bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.