“Putinlə Zelenski arasında güclü nifrət var, sülhə mane olur” –TRAMP

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasındakı düşmənçiliyin Ukrayna münaqişəsinin həllinə mane olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
“İki lider arasında güclü nifrət var”, – deyə ABŞ prezidenti bildirib.

Tramp bir daha münaqişə tərəflərinin əslində hərbi əməliyyatları dayandırmaq istədiklərini, lakin bunu necə edəcəklərini hələ bilmədiklərini düşündüyünü söyləyib.

“Düşünürəm ki, sonda bir həll yolu tapacağıq”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.